Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Boks Federasiyasından Aktual.az-a verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

Komandamızın heyəti aşağıdakı kimidir:

49 kq. Məsud Yusifzadə

52 kq. Elvin Məmişzadə

56 kq. Tayfur Əliyev

60 kq. Cavid Çələbiyev

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Kamran Şahsuvarlı

81 kq. Eldar Quliyev

91 kq. Abdulqadir Abdullayev

+91 kq. Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.
 
Aktual.az
Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR