Azərbaycan kənd təsərrüfatı istehsalını 6,7% artırıb

Azərbaycan kənd təsərrüfatı istehsalını 6,7% artırıb

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin yığımı başlanandan dekabrın 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min ha əkin sahəsi biçilib, həmin sahələrdən 2 785,5 min ton məhsul götürülüb.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilən məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 35,3 min ha dən üçün qarğıdalı sahəsindən 211,3 min ton məhsul yığılıb.
Məhsul yığımı başlanandan sözügedən müddət ərzində sahələrdən 831,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 min ton çox kartof, 1 256,7 min ton (75,1 min ton çox) tərəvəz, 484,5 min ton (43,6 min ton çox) bostan məhsulları, 880,6 min ton (36,0 min ton çox) meyvə və giləmeyvə, 152,8 min ton (5,2 min ton çox) üzüm, 575,9 ton (116,7 ton çox) yaşıl çay yarpağı, 168,9 min ton (2,5 min ton çox) şəkər çuğunduru, 3 466,1 ton (609,0 ton çox) tütün yarpağı yığılıb.
Pambıq tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4%, günəbaxan yığımı isə 7% azalaraq müvafiq olaraq 34,3 min və 18,8 min ton təşkil edib. Bu ilin yanvar-noyabr aylarında 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% çox diri çəkidə ət, 1 777,0 min ton (4,2% çox) süd, 1 402,6 mln. ədəd (1,6% az) yumurta, 16,8 min ton (1,4% çox) yun istehsal olunub.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8%, heyvandarlıq məhsulları istehsalının 2,5% artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7% təşkil edib. Gələn ilin məhsulu üçün 993,6 min ha sahədə şum qaldırılıb, 852,4 min ha sahəyə dən üçün taxıl, o cümlədən 535,2 min ha sahəyə buğda, 317,2 min ha sahəyə isə arpa səpilib.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR