Azərbaycan İrana elektrik enerjisi ixracını dayandırdı

Azərbaycan İrana elektrik enerjisi ixracını dayandırdı

Ötən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının yarımstansiyalarının birində baş verən qəza nəticəsində İrana elektrik enerjisinin ixracı dayandırılıb.

Bunu "Report”a "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.
Qeyd edək ki, aprel ayında "Azərenerji” və "TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən iyunun 1-dən etibarən "Azərenerji” İranın təcrid olunmuş ada rejimində olan Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlayıb. Ötürülmənin pik gücü 80 MVt-a çatır.
Xatırladaq ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 
 
Aktual.az
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR