Azərbaycan Çindən kartof və zeytun yağı idxal edəcək

Azərbaycan Çindən kartof və zeytun yağı idxal edəcək

Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək.

"Report” Çinin "Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilən Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub.
Azərbaycan ˮƏrzaq məhsullarının tədarükü və təchizatıˮ ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Əsədov bildirib ki, "Bir Kəmər, bir yol" təşəbbüsündə kənd təsərrüfatının inkişafı ümumi marağa daxildir.
O qeyd edib ki, Azərbaycan Çinə orqanik qidanın ixracı və Çinin kənd təsərrüfatı texnologiyası, investisiya və təcrübəsinin tətbiqi ilə  daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir. 
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR