Azərbaycan hərbçilərə hücum edən şəxsi Rusiyaya təhvil verdi

Azərbaycan hərbçilərə hücum edən şəxsi Rusiyaya təhvil verdi

Azərbaycan 2000-cı illərin əvvəllərində Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxsi Rusiyaya təhvil verdi.

Bu barədə Report "İnterfaks"a istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu gün Azərbaycan Rusiya Baş Prokurorluğunun sorğusu əsasında RF Cinayət Məcəlləsinin 209.2 maddəsi ilə ittiham olunan Səyd-Husin Leçiyeviç Takayevi ekstradisiya edib.
Baş Prokurorluğun məlumatına görə, 2000-2003-ci illərdə Takayev silahlı quldur dəstələrinin tərkibində Çeçenistan ərazisində respublikanın qanuni hakimiyyət nümayəndələri, antiterror tədbirləri aparan Rusiya Federasiyasının hərbçiləri, eləcə də yerli sakinlərə hücum edib.
 
Aktual.az
Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR