"Azərbaycan hər zaman Türkiyənin yanındadır və həmişə belə olacaq" - Allahşükür Paşazadə


Türkiyəyə qarşı yönələn hər bir addım Azərbaycana qarşı atılan addımdır.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Heydər məscidində Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həlak olanların ildönümünə həsr olunmuş vəhdət namazı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərin, bu dostluğu qısqananlar var: "Ötən ilin 15 iyulunda Türkiyədə törədilən terror hamımızın acısıdır. Bu qüvvələr FETÖ-çuların əli ilə Türkiyədə terror törətdi, türkü türkə qarşı qoydu. 250 şəhid verən Türkiyə bu terrorun qarşısını aldı. Əgər bu cəhd baş tutsaydı, həmin hadisə Azərbaycanın da müstəqilliyinə xələl gətirəcəkdi. Biz terrorun nə olduğunu bilirik və acısını çəkmişik. Biz həmişə Türkiyənin yanındayıq və sona qədər də belə olacaq. Türkiyə bizə qardaş ölkədir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qardaşlıq bu gün də davam edir. Biz bir millət, iki dövlətik".
A.Paşazadə bildirib ki, bəzi qüvvələr bu cür terror törətməklə İslam dinini dünyaya terror dini kimi tanıtmaq istəyir: "Amma onların bu cəhdləri baş tutmayacaq. İslam həmrəylik, sülh, qardaşlıq dinidir".
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR