"Azərbaycan həmişə Dağlıq Qarabağ üzrə konstruktiv mövqe tutub" - Volodin


 "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Bakıda keçirilən görüşdə deyib.
V.Volodin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb: "Rusiyanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bilirsiniz... Münasibətlərin kəskinləşməsini istəyənlər, xalqların sülh şəraitində yaşamaqla bağlı sözlərini və arzularını eşitməyənlər, əlbəttə, gərginlik istəyirlər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Azərbaycan həmişə (Dağlıq Qarabağ məsələsi ilə bağlı - red.) düzgün və konstruktiv mövqe tutub", - V.Volodin bildirib.
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR