Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,4 dəfə artırıb

Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,4 dəfə artırıb

Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstandan 5 mln. 865,5 min dollar dəyərində 2 751,6 ton diri iribuynuzlu mal-qara idxal edib.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,4 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 4 mln. 349,5 min dollar və ya 2,8 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 1 mln. 516 min dollar dəyərində 1 138,4 ton diri iribuynuzlu mal-qara idxal edib

 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR