Azərbaycan Gürcüstana yatırılan investisiyanı azaldıb

Azərbaycan Gürcüstana yatırılan investisiyanı azaldıb

2017-ci ilin yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan investisiya həcminə görə Azərbaycan liderdir.

Aktual.az  apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.

Hesabat dövründə Azərbaycan Gürcüstana 97 mln. dollar yatırıb. Maraqlıdır ki, Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 30% azalıb.

Azərbaycanın ardınca Türkiyə və Böyük Britaniya qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 82 və 80 mln. dollardır.

Xatırladaq ki, yanvar-mart ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 403 mln. dollar olub.
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR