Azərbaycan-Gürcüstan sərhədində yeni körpü inşa olunur

Azərbaycan-Gürcüstan sərhədində yeni körpü inşa olunur

Azərbaycan-Gürcüstan sərhədində Samur çayı üzərində avtomobil körpüsü 2019-cu ildə başa çatacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Körpünün tikintisi ötən ilin oktyabr ayında başlayıb. Uzunluğu 325 metr təşkil edəcək. Körpü üzərində nəzarəti Rusiya tərəfi təmin edəcək
Bundan əvvəl Rusiya KİV-ləri yazırdı ki, körpünün tikintisi 1,2 milyard rubla başa gələcək. Layihəni hər iki tərəf maliyyələşdirir.
Xatırladaq ki, Azərbaycan və Rusiya hökumətləri arasında yeni körpünün tikintisi haqqında sənəd 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə tikilmiş, hazırda da istifadə olunan körpünü əvəz edəcək.
 
Aktual.az
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR