Azərbaycan dövlət xərclərinin ünvanlılığını artırır

Azərbaycan dövlət xərclərinin ünvanlılığını artırır

2016-cı ildə Azərbaycanın büdcə xərclərinin ünvanlılığını artırmaq üçün "digər xərclər" maddəsi üzrə planlaşdırılmış xərclər cari illə müqayisədə 350 milyon manat və ya 20,3 faiz azaldılıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında 2016-cı ilin və növbəti üç ilun dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, büdcə xərclərindən 5,364 milyard manat konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da ünvanlılığın artırılmasının əsas şərtlərindən biridir.

Nazir bildirib ki, 2016-cı ilin icmal büdcəsinin gəlirləri 16,72 milyard manat, xərcləri isə 19,907 milyard manat səviyyəsində proqnozlaşdırılır.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da ÜDM-in 25,2 faizini təşkil edir. Xərclər isə 16, 264 milyard manat (28,2 faiz) proqnozlaşdırılır.

2016-cı ilin büdcə kəsiri 1 698 milyon manat və ya ÜDM-in (onun həcmi 57,7 milyard manat həcmində müəyyənləşdirilib) 2,9 faizi səviyyəsində proqnozlaşdırılır.\trend

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR