Azərbaycan dördüncü peykini nə zaman buraxacaq?

Azərbaycan dördüncü peykini nə zaman buraxacaq?

"Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə ASC-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38" peykinin buraxılışından sonra bilmək olacaq.
Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.
Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral" şirkətidir.
"Azerspace-2/Intelsat-38" peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.
 

Aktual.az

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR