"Azərbaycan Dəmir Yolları"nın işçisi özünü asaraq intihar edib


"Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. "Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib.
O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Aktual.az
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR