Azərbaycan bəstəkarının mahnısı erməni üçün necə yazıla bilər? - Erməni iddiasına cavab

Azərbaycan bəstəkarının mahnısı erməni üçün necə yazıla bilər? - Erməni iddiasına cavab

Azərbaycan Bəstəkarlar İttifaqı Ermənistanı ötən il "Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyanın İsa Məlikovun müəllifi olduğu "Skeletons” mahnısı haqqında səsləndirdiyi ittihamlara cavab verib.

İttifaqın katibi Cəlal Abbasov AzNews.az-a açıqlamasında İsa Məlikovun bu mahnısını eşitmədiyini bildirib:

İsa Məlikovu tanımıram. O, Bəstəkarlar İttifaqının üzvü deyil. Bu mahnını eşitməmişəm. İstər "Eurovision” müsabiqəsi, istərsə də başqa beynəlxalq müsabiqələr olsun yazılan mahnılar mütləq ittifaqla məsləhətləşdirilməlidir. 200-ə yaxın bizim üzvümüz var. Belə olanda daha keyfiyyətli əsər yazmaq olar.

Tanınmış prodüsser Tolik (Tarıx Əliyev) isə "Skeletons” mahnısının erməni üçün yazıldığı iddiasını rədd edir:

Bu mahnını Azərbaycan bəstəkarı yazıb. Bu da onların bir yalanıdır. Azərbaycan bəstəkarının mahnısı onun üçün necə yazıla bilər? Onlar savadsızdır. Bəlkə elə bilirlər ki, bu xarici mahnıdır? Kül sənin başına ay erməni, bu mahnını bizim azərbaycanlımız yazıb.

Ermənistanı ötən il "Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan "Skeletons” mahnısı ilə bağlı iddia irəli sürüb. "Qafqazinfo”un məlumatına görə, İveta Mukuçyan Almaniyada yayımlanan "Eurovision” proqramında qonaq olarkən İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu, Azərbaycan təmsilçisinin oxuduğu "Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:

"Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq”.
 
Aktual.az
Xəbər 911 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR