Azərbaycan BƏƏ-yə findıq ixrac edəcək

Azərbaycan BƏƏ-yə findıq ixrac edəcək

Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən "Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azhazelnut” şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və BƏƏ-də distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.
Sərgidə "Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.
 
Aktual.az
Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR