Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçib

Bakıda ilk dəfə keçirilən ticarət festivalı ilə əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprelin 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir


 

Bu barədə Palatanın açıqlamasında bildirilir.

 

Məlumatda deyilir ki, festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla bütün həftə boyu xidmət göstərir.

 

Festivalla əlaqədar olaraq, həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər Palatanın əməkdaşına müraciət edə bilərlər. Koordinator Elşən Səmədovdur. Telefon: (+944) 51 444 25 32

 

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

 

 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR