Azərbaycan avtomobil daşımalarını sadələşdirə bilər

Azərbaycan avtomobil daşımalarını sadələşdirə bilər

Belarusla müzakirələr aparılır.

Azərbaycan beynəlxalq avtomobil yükdaşıması sahəsində yeni addımlar atmağa başlayıb. Bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə Beynəlxalq Avtomobil daşımaları sahəsində Azərbaycan-Belarus birgə Komissiyasının növbəti iclası keçiriləcək.

Aktual.az xəbər verir ki, bu barədə ANS PRESS-ə Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, iclas martın 10-11-i tarixlərində keçiriləcək. Birgə komissiyanın iclasında iki ölkə arasında avtomobil nəqliyyatı sahəsində sənədlər imzalanacaq.

İclasda, həmçinin ölkələr arasında yükdaşımalarda icazə vərəqələrinin istifadəsi və beynəlxalq nəqliyyatın müxtəlif sahəsində prosedurların sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Çünki regionda baş verən son hadisələrdən sonra yükdaşıma sahəsində canlanmalar baş verib. Bu isə Azərbaycana beynəlxalq təcrübədən istifadə etməklə, nəqliyyat sahəsində çatışmazlıqları aradan qaldırmaq imkanı yaradır.

İclasda Azərbaycanı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev təmsil edəcək. Bundan əvvəl 2015-ci il sentyabrın 16-da Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus birgə Komissiyasının növbəti iclası keçirilmişdi.

İclasda Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi Sergey Dubinanın və Azərbaycanın Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Həmin iclasda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus birgə Komissiyasının protokolu imzalanmışdı.

Ümumilikdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalar, həmçinin hələlik fərqlənmə nişanlarının və lisenziyaların verilməsi bu qurum tərəfindən həyata keçirilir.

Bakı Beynəlxalq Avtovağzalı da bu qurumun xidmət sahəsinə daxildir. Qurum 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR