Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirə bilməz - Bəyənat

Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirə bilməz   - Bəyənat

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş 1072 saylı iclasında “ATƏT/DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb.


Aktual.az APA-ya istiadən xəbər verir ki, bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir: “Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil. ATƏT PA seçkiləri müşahidədən imtina edən tərəfdir. Ona görə də yenidən əməkdaşlığa başlamaq barədə çağırış bizə deyil, assambleyanın əməkdaşlıqdan imtina edən nümayəndələrinə ünvanlanmalıdır. Biz dəvətimizindən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”, - deyə bəyanatda vurğulanır.

Sənəddə deyilir ki, ABŞ-ın ATƏT-dəki səfirinin Azərbaycan tərəfindən yuxarıda qeyd olunan məsələnin qaldırılmasının qanuni qüvvəyə malik olmadığının bildirilməsi qeyri-konstruktiv yanaşmadır: “Şura formal orqandır, lakin biz hələ də müəyyən məsələni qaldıra bilərik. Direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. ATƏT-ə üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, DTİHB məsləhətləşmələr aparmalı idi. Lakin o, bunu etməyib və özbaşına qərar qəbul edib. Biz rəqəmləri, metodologiyanı, məhdudiyyətləri və digər məsələləri bir kənara qoyuruq. Biz mandatın pozulması ilə bağlı məsələ qaldırırıq. Həmçinin məlumat almışıq ki, müvafiq qərar qəbul edilməzdən öncə DTİHB Sədrliklə bu barədə məsləhətləşmə aparıb. Lakin biz Sədrlikdən bu qərarın qəbul edilməsindən öncə məsləhətləşmələr aparılıb-aparılmadığı barədə cavab almamışıq. Nəhayət, biz DTİHB-nin ATƏT-ə üzv dövlətlərin gözləntilərinə əməl etməli olduğuna inanırıq”.

Bəyanatda o da diqqətə çatdırılır ki, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz. Bildirilir ki, Daimi Şura tərəfindən direktor Linkə seçkilərlə bağlı məsələlərlə məşğul olmaq səlahiyyəti verilib. Üzv dövlət tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, o, bu məsələni Şuraya ötürməli idi. Lakin Link bunu etməyib, bu isə mandatın pozulmasıdır.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR