Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə 2020-ci ilədək əməkdaşlıq haqqında yeni tərəfdaşlıq sazişi hazırlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini bildirib ki, sənəddə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əks olunacaq:
"Sənəd üzərində iş yaxın günlərdə başa çatacaq və iyul ayında Aİ-ə baxış üşün təqdim ediləcək”.
Nazir müavini qeyd edib ki, Azərbaycanla Aİ arasında müxtəlif sahələri əhatə edən bir çox sənəd imzalanıb:

"Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir. İndi yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparılır. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.
M.Məmməd-Quliyev əlavə edib ki, Azərbaycan tərəfi bu strateji sənədə digər tərəfdaş sazişləri vasitəsilə diqqət cəlb etməyə çalışacaq ki, bu sazişlərdən biri də 2020-ci ilədək tərəfdaşlıq sənədidir.

Aktual.az
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR