Azər Verdiyev: "İstanbuldakı terror FETO qruplaşmasının növbəti "surprizi"dir"

Azər Verdiyev:

Aktual.az  xəbər verir ki, İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
 
Bu barədə şəhərin valisi Vasip Şahin bildirib. Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda  600-dək insan Yeni il bayramını qeyd edirmiş.
Terror hadisəsinə sərt münasibət bildirən Qlobal Araşdırmalar Ligası İctimai Birliyinin sədri Azər Verdiyev bu olayın Rus-Türk mübasibətlərinə yönəlik növbəti xəbərdarlıq idi: "Rusiyalı diplomat Karlovun arxadan xaincəsinə vurulması və bu olayın arxasından FETO qruplaşmasının çıxması əslində növbəti terror hadisəsinin olacağından xəbər verirdi. Rusiya-Türkiyə münasibətlərinin sürətlə yaxşılaşması Türkiyəyə qarşı təzyiqlərin artacağını labüt edirdi. Bu mənada hesab edirəm ki, bu qanlı oıayın arxasında da FETO izi mütləq çıxacaqdır. İstənilən halda Türkiyə kəşfiyyatı, polisi daha diqqətli və ayıq-sayıq olmalıdır. Nəzərə alsaq ki, Yaxın Şərq proseslərində Türkiyə Rusiya ilə ittifaqlaşmış formada fəaliyyət göstərir növbəti təhlükələrin olması qaçılmazdı. Məhz buna görə aidiyyatı qurumlar daha diqqətli olmalıdırlar"
 
Aktual.az 
Xəbər 721 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR