Azər Verdiyev: "Bu Türkiyə-Rusiya həmrəyliyinə qarşı yönəlik terror hadisəsi idi"

Azər Verdiyev:

Aktual.az xəbər verir ki, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin (QALİB) sədri, politoloq Azər Verdiyev Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun vəfatı ilə nəticələnən hadisənin Türkiyədəki sabitliyə qarşı yönəldiyini dedi: ""Bu həm də Türkiyə-Rusiya həmrəyliyinə qarşı yönəlik terror hadisəsi idi.
 
Terrorçunun əvvəlcədən hazırlıqlı olduğu açıq-aydın görünürdü. Onun səfiri vurandan sonra şou xarakterli davranışı da bu olayın iki böyük dövlət arasında ciddi nifaq salmaq niyyəti ortaya qoymuş oldu. Bu günlərdə Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin təşəbbüsü ilə Suriya ilə bağlı toplantının planlaşdırılması da bu olayın baş verməsinin əsas səbəbləri kimi göstərilir. Hesab edirəm ki, bu tələsik, qısa zaman kəsiyində hazırlanmış sui-qəsd idi. Əminəm həm rəsmi Moskva, həm də rəsmi Ankara məsələ ətrafında ciddi həmrəylik nümayiş etdirəcək. Görünən odur ki, Türkiyə hələ də öz "bağırsaqlarını" FETO-dan və Qərb terrorizmindən sığortalaya bilməyib"
 
Aktual.az 
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR