Azər Niftiyev: “Jurnalistlər toxunulmaz deyil”

Azər Niftiyev: “Jurnalistlər toxunulmaz deyil”

Hesab edirəm ki, hər bir mətbuat orqanı, o cümlədən internet media resursları məsuliyyət hissini unutmamalıdır.


Aktual.az Azadinform-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Əli Həsənovun provakativ medianın cəzalazandırlılacağı barədə fikrinə münasibət bildirən aktual.az portalının baş redaktoru Azər Niftiyev deyib: “Biz bilməliyik ki, minlərlə oxucu bizim informasiyanı oxuyur və rəy çıxarırlar. Bu mənada qeyri-dəqiq informasiyaların tirajlanmasına yol verməməliyik”.
A. Niftiyev hesab edir ki, ictimai rəyi çadırmaqdan, mənsub olduğumuz media orqanına daha artıq oxucu cəlb etmək üçün yalan informasiyalar yaymaqdan qaçmalıyıq: “O ki ,qaldı cəzalanma məsələsinə, heç kim, o cümlədən jurnalistlər, xəbər resursu yönəldənlər toxunulmaz deyil və biz öz fəaliyyətimizdə qanunun aliliyini əsas tutmalıyıq”.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR