Azər: ""Maşın" şouya görə anam məni danışdırmadı"

Azər:

"Əgər finala qalsaydım, əminəm qalib gələrdim. Milli ordunun zabiti olmuşam, döyüş bölgəsində qalmışam. Bütün müsabiqələrdə məğlub yox, birinci olmuşam".

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Zahid "Maşın" şouda deyib. 

O bildirib ki, oyuna qatıldığı üçün anası ondan küsüb:

"Qalib olsam belə, maşını İslama verərdim. İnsanlar başqa cür başa düşməsin. Anam üç gün məni danışdırmadı, mənə cavab vermədi ki, gəl evə. Deyirdim ki, hara gəlim? Bura oyundur, nəsə edəndə sonranı düşünmürsən. Burada hər dəqiqə başqa şeylər görürdüm".
 
Aktual.az 
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR