Azər Kərimlinin seçicilərlə görüşləri davam edir - Fotolar

Azər Kərimlinin seçicilərlə görüşləri davam edir   - Fotolar

Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Aktual.az xəbər verir ki, deputatlığa namizəd bu gün rayonun İlisu və Qaxbaş kəndlərində seçicilərlə görüş keçirib.

Hər iki kənddə keçirilən görüş seçicilərin xüsusi fəallığı ilə müşayiət olunub. Çıxış edənlər Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərin problemlərinə hər zaman diqqətlə yanaşdığını, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Millət vəkili kimi fəaliyyətdə olduğu müddət ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.

Sakinlərinin yarıdan çoxunu gürcü əsilli Azərbaycan vətəndaşları təşkil edən Qaxbaş kəndində keçirilən görüşdə isə diqqət çəkən məqamlardan biri Azər Kərimlinin rayonun multikultral ənənələrinin təbliği ilə bağlı gördüyü işlərin xüsusi həssaslıqla izlənilməsi olub. Seçicilər deputatlığa namizədin bu sahədəki fəaliyyətini də alqışladıqlarını, noyabrın 1-də keçiriləcək seçkilərdə onu dəstəkləyəcəklərini deyiblər.

Azər Kərimli hər iki kənddə keçirilən görüşdə son 5 il ərzində Qax rayonu ilə bağlı fəaliyyəti ilə yanaşı Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonunun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb.

Xəbər 1872 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR