“AzDataCom”un ADSL xidməti istifadəçilərinin sayı artıb

“AzDataCom”un ADSL xidməti istifadəçilərinin sayı artıb

“AzDataCom” şəbəkəsi üzərindən genişzolaqlı internet xidmətindən istifadə edənlərin sayı artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, artıq “AzDataCom” internet xidməti istifadəçilərinin sayı 4500 nəfərə çatıb.

Xidmətin keyfiyyəti ilə yanaşı, qoşulmanın asan olması sözügedən şəbəkənin ADSL istifadəçilərinin sayının daha da artmasına səbəb olub. Belə ki, “Elektron hökumət” portalında “AzDataCom” internet xidmətinə qoşulmaq üçün elektron sifariş vermək imkanı yaradılıb.

“AzDataCom” internet xidmətinə paytaxtdan əlavə regionlarda da qoşulmaq olar.

/ Aktual.az

Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR