“Fransaya etiraz notası verilməlidir” - Təklif

 “Fransaya etiraz notası verilməlidir” - Təklif

Milli Məclisin iclasında Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması tənqid olunub.
 
APA-nın məlumatına görə, deputat Azay Quliyev bildirib ki, Fransa beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq Ermənistanı dəstəklədiyi üçün Bakı Parisə etiraz notası verməlidir.
 
F. Ollandın erməni diasporunun nümayəndələri ilə görüşdə "Dağlıq Qarabağ problemi xalqların öz müqəddəratını təyin etməsi yolu ilə həll olunmadır” fikrini qeyri-konstruktiv adlandıran A. Quliyev deyib ki, Fransa hər zaman Ermənistanı dəstəkləyib və bu mövqeni sərgiləyib: "Ermənistanla ən sıx əlaqə quran dövlət Fransadır. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər arasında çoxluq təşkil edənlər də Fransa vətəndaşlarıdır. Bununla da Fransa beynəlxalq hüquq normalarını kobud surətdə pozur”.
 
A. Quliyev qeyd edib ki, Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması mürəkkəb prosedur tələb edir: "Ona görə də təklif edirəm ki, Azərbaycanın diplomatik qurumları Fransaya etiraz notası versin”.

Milli Məclisin sədri Oqtay Əsədov cavab olaraq bildirib ki, əslində F. Ollandın çıxışı tam verilməyib: "Mən bunu eşidən kimi Səməd Seyidova tapşırdım ki, Fransa saytlarına baxsın. O, baxdı və gördü ki, Ollandın fikirləri buradakı saytlarda tam verilməyib. Əsas mövzuları erməni mətbuatından götürülüb. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb”. 
 
Aktual.az
Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR