Azarkeşlər stadionlara narkotiklə girə biləcək - İcazə verildi

Azarkeşlər stadionlara narkotiklə girə biləcək - İcazə verildi

Rusiya Daxili İşlər Nazirliyi ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına narkotik maddələrin keçirilməsinə icazə verib.

"Report"un məlumatına görə, mundialın Təşkilat Komitəsi ilə birgə hüquq-mühafizə orqanlarının əməkdaşları insanların stadionlara qadağan olunmuş maddələrlə buraxılması üçün xüsusi qayda müəyyənləşdirib.
DÇ-2018-də azarkeşlər əllərində resept olmaq şərti ilə dərman preparatları, narkotik və psixotrop maddələrlə stadionlara daxil ola bilər. Dərman siyahısı rus və ingilis dillərində təqdim olunmalıdır.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Miq.az
Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR