AZAL qiymətləri endirdi - Siyahı

AZAL qiymətləri endirdi   - Siyahı

“Azərbaycan Hava Yolları” (AZAL) Azərbaycanın hava limanlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini açıqlayıb.

AZAL-dan verilən məlumata əsasən, yeni konsepsiya çərçivəsində bu il fevralın 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.

Məlumata görə, “Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verilir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Eyni zamanda sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 12 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

Aşağıda cədvəldə qeyd edilən istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verəcək. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.

AZAL-dan bildirilib ki, ölkə qanunvericiliyinə əsasən bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.
Xatırladaq ki, ölkə daxilində hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dəyişməz qalıb. Belə ki, Bakı-Naxçıvan reysinin qiyməti 50 manat, Bakı-Gəncə reysinin qiyməti isə 30 manatdır.

Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR