AZAL-ın biletlərin qiymətini artırması yalandır - AÇIQLAMA

AZAL-ın biletlərin qiymətini artırması yalandır -   AÇIQLAMA

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına dair iclasında AZAL-da biletlərin qiymətlərinin baha olmasına iradından sonra bu istiqamətdə işlər görüldü. Avqustun 1-dən etibarən biletlərin qiymətləri 20-30 faiz ucuzlaşdı. Lakin qiymətlərin aşağı salınması fonunda müəyyən qiymət artımlarının da olduğu haqqında informasiyalar dolaşır.

Aktual.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənskimodern.az-a açıqlamasında aviabiletlərin qiymətinin artırılması barədə məlumatın həqiqətə uyğun olmadığını vurğulayıb:

“AZAL aviabiletlərin qiymətindəki dəyişikliklərlə bağlı artıq geniş məlumat yayıb və yeni qiymətlər avqustun 1-dən qüvvədədir. Qiymətlər ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.azal.az/az/haqq-nda/x-b-rl-r-0/azerbaijan-airlines-clarifies-issue-of-reducing-air-ticket-prices 

Bundan əlavə, AZAL əvvəl də olduğu kimi müxtəlif istiqamətlər üzrə xüsusi aksiyalarını davam etdirəcək”. <p"> 

 
Xəbər 903 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR