Azadlıq prospektinin bir hissəsi tam bağlanır

Azadlıq prospektinin bir hissəsi tam bağlanır

u gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakıda Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.


"Azəravtoyol"dan  verilən məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ("Azadlıq prospekti" metro stansiyası, 8-ci mkr. istiqamətinə) və Məsud Davudoğlu küçələri ilə (6-cı mkr. istiqamətinə) hərəkət təmin olunacaq.

Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq.

ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir. 

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR