Azad Rəhimov: “İdmançılarımıza pul mükafatı medal sayına görə veriləcək"

Azad Rəhimov: “İdmançılarımıza pul mükafatı medal sayına görə veriləcək

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatları qazandıqları medal sayına uyğun ödəniləcək.

Aktual.az  xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil:

"Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".
 
Aktual.az 
Xəbər 637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR