AZAD RƏHİMOV FEDERASİYANIN VİTSE-PREZİDENTİNİ MÜKAFATLANDIRDI-FOTOLAR

AZAD RƏHİMOV FEDERASİYANIN VİTSE-PREZİDENTİNİ MÜKAFATLANDIRDI-FOTOLAR

Vətəninfo.az xəbər verir ki, Bakı 2017 lV-cü  İslam Həmrəyliyi Oyunlarında ölkəmizi uğurla təmsil edən idman federasiyaları mükafatlandırılıb.
Redaksiyamıza daxil olan məlumata görə, Bakı 2017 lV-cü İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışına görə Azərbaycan Uşu-Sanda Federasiyası da mükafatlandırılıb. Federasiyanın vitse-prezidenti, kikboqsinq üzrə  Əməkdar İdman Ustası və Fəxri Bədən tərbiyəçi işçisi Namiq Əsgərov lV-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, Namiq Əsgərov uzun illərdir Azərbaycanın idman sahəsində uğurlu fəaliyyət göstərən şəxslərdən biridir.
Xəbər 1264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR