Aysel Əlizadədən erotik şeir: Sənə bir İsa doğardım ki...

Aysel Əlizadədən erotik şeir: Sənə bir İsa doğardım ki...

Aktual.az tanınmış şairə Aysel Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri təqdim edir.

 

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı 
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.


Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu 
alnımdan boynuma 
dodağınla cizgi çəkərdin, 
başımı geri atıb aşağı ötürüb 
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə. 


Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı. 


Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,

Sənə bir İsa doğardım ki...

 

Xəbər 8802 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR