Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a  verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 38 m3/s olmaqla, ongünlük normanın 28 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 56.0 m3/s təşkil edərək, ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 6 sm azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il avqustun 14-də 366 sm), Şirvanda 201 sm, Salyanda 130 sm (2016-cı il avqustun 14-də 145 sm), Bankədə 177 sm (2016-cı il avqustun 14-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 14-də 74 sm) təşkil edir.

Aktual.az
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR