Aygün Bəylər məhkəmədə iştirak etmədi

Aygün Bəylər məhkəmədə iştirak etmədi

Əməkdar artist Röya Ayxanın həmkarı əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

"Ölkə.Az”ın xəbərinə görə, bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesə Aygün Bəylərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, Aygün Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır.
Hakimin sözlərinə görə, məhkəmə onun ünvanına bildiriş göndərib: "Amma Aygün xanım deyəsən həmin ünvanda yaşamır. Məhkəmə onun ünvanına yenidən bildiriş göndərəcək”.
Növbəti proses fevralın 26-da davam edəcək.
Qeyd edək ki, Aygün Bəylər ARB televiziyasında Röya Ayxanın şərəf və ləyaqətini təhqir edib. Röya Ayxan iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib.
O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməyi tələb edib.
Aygün Bəylər ARB televiziyasının "Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Aktual.az
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR