Ayda təmiz içməli su tapıldı

Ayda təmiz içməli su tapıldı

Hollandiyalı alimlər elmi konfrans zamanı gözlənilməz bəyanatla çıxış ediblər. Mütəxəssislərin sözlərinə görə, Ayda təmiz su tapılıb və o su içmək üçün tamamilə yararlıdır. Sputnik xarici mediaya istinadla xəbər verir ki, elm dünyası bu bəyanatdan heyrətə gəlib. Holland alimləri bildiriblər ki, Yerin təbii peykində tapılan bu su insan orqanizmi üçün tamamilə təhlükəsizdir.

Aktual.az  sputnik.az-a istinadən bildirir ki, ekspertlər hazırda Ayda aşkarlanmış mayenin xassələrini öyrənməklə məşğuldurlar. Ayda suyun tapılması elm aləminə imkan verir ki, keçmişdə Ayda sivilizasiyanın mövcud olduğu barədə mülahizələrinin təsdiqi istiqamətində fəaliyyətlərini davam etdirsinlər. Hazırda Ay səthinin öyrənilməsi ilə bağlı tədqiqatlar davam edir.
 
Aktual.az 
Xəbər 922 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR