Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ

Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ

Astronomiya sahəsində çalışan mütəxəssislər Ayda partlayış baş verərsə, Yer kürəsinə nə kimi təsir edəcəyini araşdırıblar.

Alimlərin fikrincə, Ay partlamasa da, birdən-birə yox ola bilər.

Publika.az-ın məlumatına görə, ekspertlər qeyd ediblər ki, Yer kürəsində həyat Ayın ciddi təsirinin altındadır. Bundan başqa bir çox təbii proseslər peyk ilə bağlıdır. Xüsusən də dəniz və dünya okealarında baş verən hadisələr.

Tədqiqatçıların fikrincə, məhz peykin sayəsində planetdə sunami və bənzəri təbii fəlakətlərin sayı azlıq təşkil edir. Əgər Ayda hər hansı bir partlayış baş verərsə, peyk məhv olarsa Yer kürəsində ağlagəlməz hadisələr cərəyan edəcək.

Mütəxəssislər Ayın yox olmasını belə analiz ediblər:

"Bu o deməkdir ki, bizim kosmik evimizdə (Yer kürəsində) ilk növbədə havanın temperaturu kəskin şəkildə dəyişəcək. Gündüz vaxtı dözülməz dərəcədə isti, gecə isə tam əksinə temperatur kəskin dərəcə aşağı enəcək. O qədər soyuq olacaq ki, dənizlərdə və okeanlarda sular donacaq".

Alimlərin fikrincə, məhz bu milyardlarla insanın həlak olmasının səbəbi olacaq. Bu cür gözlənilməz hava dəyişikliyinə uyğunlaşa biləcək insanların sağ qalma şansları olacaq. Alimlər Ayın süni partlayış nəticəsində yox ola biləcəyini qeyd ediblər.

Onların sözlərinə görə, illərdir aparılan müşahidələr göstərir ki, Ay hər il öz mövqeyindən müəyyən məsafədə uzaqlaşır. Belə davam edərsə, bir neçə min il sonra Ay öz orbitini tamamilə tərk edəcək.

Xəbər 32116 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR