AXTARILIR

AXTARILIR

Qusar rayonunda 17 yaşlı qız itkin düşüb.

 

Bu barədə Qusar Rayon Polis şöbəsinə itkin düşən 1998-ci il təvəllüdlü Behbudova Nairə Yaşarovnanın anası Ziyadxanova Nayilə Ziyadxanovna məlumat verib.

 

O bildirib ki, qızı 2014-cü ilin dekabrında yaşadığı Qusar rayonu Saleh-oba kəndindəki evdən çıxaraq naməlum istiqamətdə gedib.

 

Rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində N. Behbudovanı tapmaq mümkün olmayıb.

 

Onun fərdi əlamətləri aşağıdakı kimidir: Boyu 150 sm, normal bədən quruluşlu, sifəti dairəvi, saçları qara, gözlərinin rəngi qəhvəyidir.

 

Evdən çıxarkən əynində qara rəngli uzun gödəkcə, göy rəngdə kofta, əynində göy rəngli cins şalvar və ayağında qara rəngli qadın çəkməsi olub.

 

Onun barədə məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.   


Xəbər 2084 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR