"Çavuşoğlunun təyyarəsi" - Millət vəkili yazır


VƏ YA PORTAĞALI BU DƏFƏ KİM SIXDI?
 
ELŞƏN MUSAYEV

Anlaşılan odur ki, dünya gücləri Türkiyə üzərindən qara buludları geri çəkməkdə heç maraqlı deyil. Düzdür, yöntəmlər ara-sıra dəyişir. Fəqət, məqsəd və məram öz ampluasındadır. Dəyişmir. Sadəcə "refreş” olunur.  

"Təyyarə skandalı” da əslində sıradan bir məsələ deyil. Baxmayaraq ki, Türk düşmənləri mövzunu rəsmi və ictimai müzakirələrdə referendum söhbəti ilə malalamaq üçün dəridən-qabıqdan çıxdılar. Ay nə bilim - təbliğat olmazmış, qanunsuzmuş, ictimai asayişə, təhlükəsizlik prinsiplərinə ziddmiş – feşmanmış, sair, ilaxır. 
Və...neylədilərsə, yenə yarıtmaz şəkildə elədilər. .

Uzatmadan  keçim mətləbə. Əvvəla:

Çavuşoğlu təbliğata gəlmişdisə və hətta bu icranı qeyri - qanuni yolla yasaqlamağı nəzərdə tutmuşdunuzsa, adamın görüşlərini izolə edəydiniz, özünü, təyyarəsini, fərdi gəliş-gediş haqqını niyə izolə edirdiniz ki?

Türk vətəndaşları Türkiyə dövlətinin sərəncamında olan fərdlərdır. Deyilmi? Yaxşı bəs o zaman türkün öz dövlətində baş verən ( ya da verəcək) proseslərlərlə bağlı fikirini, düşüncəsini necə, hansı məntiqlə, hansı diplomatik üslubla, tərbiyə ilə  yönləndirmək olar? Hollandiyanın deputat korpusunun nə həddinədir ki, digər ölkənin daxili işlərinə bu səviyyədə müdaxilə etsin, burun soxun, Beynəlxalq Hüququn ana prsinsiplərini göz görəsi formada aşağılasın, BMT-nin qəralarını "iqnor” eləsin,  Beynəlxalq Təşkilatların stolüstü ləvazimatı olan Konvensiya müddəaları ilə Kim Çen İnn tərzində davansın?    

Hollandiyada diplomatiyadan, "diplomatik protokol”dan,  diplomatik kodekslərdən bilgisi olan bir nəfər də yoxmudur ki, Rotterdamdakı Türkiyə konsulluğunun Türkiyə ərazisi olduğunun fərqinə varsın, Türkiyəli xanım nazir Fatma Bütül Sayan Kayanın öz konsulluğuna, yəni de-fakto öz ölkəsinə buraxılmamasının artıq məhzəkə deyil, rüsvayçılıq olduğunu anlasın?

Referendum niyə türklərdən çox Avropalıları narahat edir? Mahiyyət - ümumxalq səsverməsi deyilmi? Seçimi xalq etməyəcəkmi? Vəssalam da. Siz niyə özünüzə əl qatmıız? Siz niyə təlaşdasınız? Ağa havasınamı girmisiz, yoxsa Allahlıqmı eşqinə düşmüsüz? Öz də imitasiya detallarına baxın: "Təhlükəsizlik” və "ictimai asayişin qorunması”. Yox daha nələr! Eviniz tikinsin, bir addımlığınızda miqrant böhranı yaşanır, müharibələr alovlanır, qanlar tökülür, insan haqları pozulur, polis vətəndaşa - vətəndaş dövlətə girir, demokratiya təntənəniz necə nübar veribsə, ard-arda terrorlar səngimir, özündən deyən dövlətlər suverenlik böhranı yaşayır, kimin əlinin kimin cibində olması bilinmir – LALSINIZ! Amma Türkiyəyə, yenilməz Ərdoğana gələndə aortanı qoyuram bir kənara, hətta kapilyar damarlar – yəni ikinci dərəcəli dəxilsiz dövlətlər də demokratiya qanı, demokratiya fontanı  fışqırası olur? Hə?!

Bəlli ekspertlər, hətta ağlına qətiyyən şübhə eləmədiyim bəzi dostlar belə buyurur ki, dünyanın haqq-hesabı Ərdoğanladı, odur - fərd olaraq Türkiyəni dünyanın məngənəsinə salan,  bu adam hakimiyyətdən getsə anındaca bütün təzyiqlər səngiyəcək, müdaxilələr azalacaq.

Səngiməyinə səngiyəcək e dostlar! Düz deyirsiz. Amma arzuladığınız tək olacağı təqdirdə qardaş, özümüzə dayaq bildimiz ölkənin bundan  50 il, 100 il sonra belə indiki qüdrətini qaytara bilməyəcəyini də paralel olaraq fikirləşdinizmi, analiz etdinizmi?

Ərdoğandır hədəf! – Razıyam. Amma Ərdoğan niyə hədəfdir, bir onu da düşünün. Ərdoğan kimi qoruyur, hansı dəyərlə uğrunda döyüşür, qabağından niyə yemir, niyə əyilmir, niyə sınmır – onu da düşünün! Ərdoğan bu boyda dünya nəhənglərinin qarşısında hansı streslə, hansı mətinliklə, hansı kişiliklə duruş gətirir – bir onu da düşünün! Ərdoğan tək canı ilə 90 milyonluq xalqını, Türk adını, Türk şərəfini necə qoruyur – bir onu da düşünün...

Atatürkdən sonra yetişən ən boyuk nəhəngdir – O.
Bir gün hər kəs anlayacaq bu həqiqəti...
 
Aktual.az
Xəbər 552 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR