Avtomobillərin qiyməti niyə bahalaşır?

Avtomobillərin qiyməti niyə bahalaşır?

"Azərbaycanda avtomobil bazarında müşahidə edilən durğunluq əvvəlki aylarda olduğu kimi davam edir”.

Aktual.az  Modern.az-a istinadən xəbər verir ki, bu haqda məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, yaxın vaxtlarda bu sahədə hansısa irəliləyişin əldə olunacağı gözlənilmir:

"Dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Son 1 ildə, xüsusilə ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir.

2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15%, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20%-ə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30% arasında dəyişir.

R.Osmanlı avtomobil bazarında müşahidə edilən mənfi tendensiyanı həm də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirib:

"2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəriciləri ilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb.

Həm də əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80%-i minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu, o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.
 
Aktual.az 
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR