Avtomobilin hava filtri sizi ziyana sala bilər – VİDEO

Avtomobilin hava filtri sizi ziyana sala bilər – VİDEO

Son dövrlər Bakıda bir çox avtomobildə sürücülərin "injektor işığı” kimi tanıdığı işıq yanır. 

Aktual.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, bu isə yanacaq sərfiyyatını artırır, mühərrikin iş sistemini pozur.

Buna görə əksər sürücülər böyük xərclər çəksə də, mütəxəssislər problemin hava filtrini zamanında dəyişməməkdən qaynaqlandığını bildirirlər.

Mütəxəssislər son zamanlar injektorun işığının yanması hallarının artmasını, avtomobilin mühərrikində olan oksigen sensorunun sıradan çıxması ilə izah edirlər. Bu hal yanacaq sərfiyyatına da təsir edir. Oksigen filtri xarab olan avtomobillərdə benzin sərfiyyatı hətta 30 faizə kimi arta bilir.

Avtomobillər üçün hava filtrinin qiyməti marka və modelindən asılı olaraq, 8-15 manat arasında dəyişsə də, oksigen sensorunun qiyməti 80-120 manat arasındadır. Bakıda adətən hava küləkli və tozlu olduğundan sürücülər xüsusilə diqqətli olmalı, həm mühərrik, həm də avtomobilin salonunun hava filtrini mütəmadi olaraq dəyişdirməlidirlər.

Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR