Avtomobil qəzası yol təsərrüfatına 13 min ziyan vurdu

Avtomobil qəzası yol təsərrüfatına 13 min ziyan vurdu

Bu gün səhər saatlarında Bakı dairəvi - 1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən verilən məlumata görə, Bakı dairəvi - 1 avtomobil yolunun Lokbatan dairəsi istiqamətindən hərəkətdə olan “Şaqman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və isıq dirəyini dağıdaraq dayanıb.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq sükana hakimiyyətini itirib. Bu zaman isə qəza baş verib. Baş vermiş qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.

Qəza nəticəsində yol təsərrüfatına ilkin hesablamalara görə, 13 min manata yaxın ziyan dəyib. Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR