Avtomobil divara çırpıldı - 5 nəfər yaralandı

Avtomobil divara çırpıldı - 5 nəfər yaralandı

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, fevralın 12-də axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucovun idarə etdiyi "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı divar maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR