Avtobus sərnişin dayanacağına çırpıldı Bakıda+FOTOLAR

Avtobus sərnişin dayanacağına çırpıldı   Bakıda+FOTOLAR

Az öncə Bakının Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyası yaxınlığında qəza baş verib.

50 nömrəli marşrut xətti üzrə çalışan fəhlə avtobusu sərnişin dayanacağına çırpılıb.

Qəzanın törədilmə səbəbi isə avtobusda baş verən nasazlıq olub. Sürücü avtobusu saxlaya bilməyib və məcburən dayanacağa çırpılıb.

Xoşbəxtlikdən dayanacaqda heç kim olmayıb. Sürücü isə yüngül xəsarət alıb.

Hadisə nəticəsində sərnişin dayanacağı yararsız hala düşüb. Dayanacaq yan üstə əyilib.

Hadisənin şahidləri musavat.com-un əməkdaşına bildiriblər ki, qəzada sürücünün günahı yoxdur: "Hər şey qəfil oldu. Sürücü avtobusu işə salan kimi nasazlıq baş verdi. Qəfil dayanacağa çırpıldı. Sürücü çox çalışdı, amma ondan asılı bir şey yox idi. Avtobus çox köhnədir. Yaxşı ki, dayanacaq boş idi. Xəsarət alan olmadı".(Musavat.com)

Aktual.az

Xəbər 907 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR