Avtobus piyadanı vuraraq ağır xəsarət yetirib

Avtobus piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda sərnişin avtobusu piyadanı vuraraq ona ağır xəsarət yetirib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb.


Aktual.az 
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR