Avropaya göndərilən məhsullara da bu qurum nəzarət edəcək

Avropaya göndərilən məhsullara da bu qurum nəzarət edəcək

Azərbaycanda taxıl məhsullarının və Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Bu dəyişikliyə əsasən, taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün standartlara və aşağıdakı tələblərə riayət edilməsinə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən öz səlahiyyətləri daxilində nəzarət ediləcək.
"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"na edilən dəyişikliyə əsasən, Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
İndiyədək bu işlərin hər ikisini İqtisadiyyat Nazirliyi həyata keçirirdi.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında" qərarına edilən əlavəyə əsasən, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR