"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual


Avropada yaşayan bir qrup soydaşımızın Azərbaycan hakimiyyətinə qarşı aksiyalar keçirməsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Aktual.az-a bildirib ki, Azərbaycandan gedən bir qrup şəxsin keçirdiyi aksiyalar kampaniya xarakterlidir: "Tək Avropada deyil, Azərbaycanda da ən radikal müxalifət Bakının mərkəzində etiraz aksiyası keçirir. Bütün bunlar demokratiyanın təntənəsidir. Kimsə buna narazılıq edə bilməz və etmir də. Ancaq indiki aksiya birbaşa kampaniya xarakterlidir. Bu günə kimi bu cür biabırçılıq baş verməyib. 5-6 nəfərin düzənlədiyi bu olay heç bir halda müsbət qarşılana bilməz. Cəmiyyət tərəfindən mənfi qarşılanır. Konkret olaraq Orduxan Teymurxanın, Tural Sadıqlının, Mühamməd Mirzəlinin təşkil etdiyi görüntülər, yolverilməzdir. Öz valideyninə hörmət edən bir KİŞİ başqasının ailəsi haqqında bu cür iyrəncliyə yolverə bilməz. Söhbət keçirdikləri aksiyadan getmir. Və heç kim deyə bilməz ki, niyə aksiya edirsiniz. Edin, ancaq adam kimi, söyüşsüz, təhqirsiz, murdarlığa yol vermədən. Bir məqamı da qeyd etmək istəyirəm, 20 ildən artıqdır ki, siyasi fəaliyyətlə məşğul oluram və bu günə kimi Avropanın ən inkişaf etmiş bir çox ölkələrində, Fransada, Almaniyada, o cümlədən skandinaviya ölkələrində, Norveç, İsveç, Filladiyada olmuşam, beynəlxalq tədbirlərdə iştirak etmişəm, bir dəfə də olsun rastıma çıxmadı ki, bir dılğır erməni öz dövlətinə qarşı, ona bu gün rəhbərlik edən, əli körpə qanına bulaşmış, Xocalı kimi soyqırımı törətmiş Sərkisyana qarşı aksiya keçirsin və onun şəkillərini dayanacaqlara yapışdırsın. Ermənistanda Sərkisyana qarşı çox güclü müxalifət də var. Hətta onlarla müxalifət fəalı, jurnalistlər, QHT sədrləri, keçmiş hərbçilər həbsdədir. Ermənilərin belə bir hərəkətini kimsə görməyib və dünya mətbuatında da yayılmayıb. Bu misalı təsadüfən çəkmədim. Bu gün Azərbaycan dövlətinin imicinin korlanmasını ən çox güclü erməni diasporası və lobbisi istəyir. Azərbaycan dövləti haqqında dünyada mənfi obrazı ermənilər yaratmağa çalışır və nail ola bilmir. Mənə elə gəlir ki, bu adamlara erməni lobbiçilərinin dolayısı ilə dəstəyi var. Sonda bu adamlara demək istəyirəm ki, siyasi mübarizəni əxlaq çərçivəsində aparmaq lazmdır! Unutmayın ki, sizin etdiklərinizi, canlı efirdə danışdıqlarınızı Azərbaycanda olan 2 milyon facebook istifadəçilərinin yaxşı halda 2000 nəfəri izləyir...”

Xəbər 1933 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR