Avropada qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb

Avropada qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb
  • DÜNYA

Qərbi Avropada qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, 6 nəfər Almaniyada həlak olub. Həlak olanların əksəriyyəti yol qəzalarının qurbanı olub. Yol qəzalarına səbəb pis hava şəraiti olub. Onlardan 2-si yanğınsöndürən olub.

Niderlandda qasırğa azı 3 nəfərin ölümünə səbəb olub. Bundan əlavə hava şəraitinin pis olması səbəbindən Shiphol hava limanı bağlanıb. Daha bir nəfər Belçikada həlak olub.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR