Avropada ən çox spirtli içki içən ölkələr

Avropada ən çox spirtli içki içən ölkələr
  • DÜNYA

Baltikyanı ölkələr alkoqollu içkilərə istehlak xərclərinin payı baxımından Avropa İttifaqı üzvləri arasında lider olub.

Bu barədə "Report" "Eurostat"a istinadən xəbər verir.
Statistikaya görə, avropalılar 2016-cı il ərzində spirtli içkilərə, təxminən,130 milyard avro sərf ediblər və bu, Aİ-nin ÜDM-nin 0,9%-nə bərabərdir. İstehlak xərclərində spirtli içkilərin payı Avropa üzrə orta hesabla 1,6%-ə çatıb.
"Eurostat"ın məlumatına görə, alkoqollu içkilər ən çox Baltikyanı ölkələrdə sevilir. Reytinqin lideri Estoniya olub: burada ötən il vətəndaşların istehlak xərclərinin 5,6%-i spirtli içkilərin payına düşüb. Növbəti pillələrdə müvafiq olaraq 4,8% və 4,2% göstərici ilə Latviya və Litva qərarlaşıb.
Polşa və Çexiya 3,6%-lik göstərici ilə 4-5-ci yerləri bölüşdürüblər.
Avropada alkoqollu içkilərə ən az - ümumi istehlak xərclərinin 0,9%-i miqdarında xərcləyən ölkə isə İspaniyadır.
 
Aktual.az
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR