Avropada 40 nəfər şaxtanın qurbanı olub

Avropada 40 nəfər şaxtanın qurbanı olub
  • DÜNYA

Avropada güclü şaxtadan ölənlərin sayı 40-a çatıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə DW agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin böyük qismi Polşanın payına düşür. Bu ölkədə təkcə ötən həftənin şənbə gecəsindən bazar gününə qədər 10 nəfər donub. Ümumilikdə Polşada şaxta qurbanlarının sayı 30 nəfərə çatıb.

Çexiyada şaxtadan ölənlərin sayı 3-dən 6 nəfərə yüksəlib. Bu rəqəm Belarusda 2 nəfər təşkil edir.

Daha 2 nəfər isə İtaliyada soyuqdan donub. Bunlardan biri istilik sisteminin olmadığı mənzildə dünyasını dəyişmiş 82 yaşlı təqaüdçüdür. Digər şəxs isə 78 yaşlı qocadır. O, küçəyə çıxarkən huşunu itirərək yıxılıb və aldığı zərbədən ölüb.

Avropadakı güclü şaxtadan ölənlərin böyük qismi evsiz insanlardır.

Associated Press isə İtaliyada 7 nəfərin öldüyünü xəbər verib. Agentliyin məlumatına görə, Bolqarıstan və Yunanıstandan da şaxtadan ölüm halları daxil olub.

Qeyd edək ki, güclü şaxtalı hava şəraiti Avropanın bir sıra ölkələrində nəqliyyatın da hərəkətini iflic edib.


Aktual.az 
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR